Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial sərt disklər istifadəyə verilib
“Seagate” şirkətinin mühəndisləri dünyada məlumatların sosial şəbəkələrdən ehtiyat köçürülməsi funksiyası ilə təchiz edilmiş ilk sərt disk istifadəyə veriblər.
“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, “Seagate Backup Plus” sərt diskləri istənilən digər 2,5 düymlü daşıyıcılardan fərqlənmir. Əsas məsələ onlarda xüsusi proqram təminatının quraşdırılmasındadır. Həmin proqram təminatı məlumatları populyar sosial şəbəkələrdən köçürməyə imkan yaradır. Qurğu həm “Windows” əməliyyat sistemi, həm də "alma" məhsulları ilə işləyir.
EMİL
13/06/12 Çap et