Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bill Qeyts "əhval-ruhiyyə qolbaqları”na 1,1 milyon dollar xərcləyəcək
Bill və Melinda Qeyts Fondu "əhval-ruhiyyə qolbaqları"nın hazırlanmasına 1,1 milyon dollar ayıracaq. Müəllimlər bu qolbaqlar sayəsində şagirdlərinin dərs zamanı darıxıb-darıxmayacağını müəyyən edə biləcəklər. Qolbaqlar insanın emosional vəziyyətinin göstəricilərindən biri olan dərinin elektrik keçiriciliyinə reaksiya verəcək.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, layihə tədrisin keyfiyyətini artıracaq, çünki müəllimlər şagirdlərin reaksiyasına əsaslanaraq materialın təqdim edilməsi üsuluna düzəliş etmək imkanına malik olacaqlar.
EMİL
13/06/12 Çap et