Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” yeni smartfonlar təqdim edib


“Sony Mobile” (əvvəlki “Sony Ericsson”) şirkəti 3 yeni smartfon modeli - “Xperia miro”, “Xperia tipo” və “Xperia tipo dual” təqdim edib.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, “Xperia miro” modeli 480 x 320 piksel təsvir ölçüsünə malik 3,5 düymlü ekran, 800 MHs takt tezliyində “Qualcomm Snapdragon MSM7225A” birnüvəli prosessoru, 2 QB daxili yaddaş (“microSD” kartları hesabına artırıla bilər), 5 meqapikselli kamera, qulaqcıqların qoşulması üçün 3,5 mm-lik konnektor ilə təchiz olunub.

Əməli yaddaş qurğusunun tutumu 1 QB təşkil edir. Aparata “Android 4.0” (Ice Cream Sandwich) platforması quraşdırılıb.
“Xperia miro” modelinin əsas xüsusiyyəti “Facebook” ilə inteqrasiyadır. Bundan əlavə, smartfon səslənmənin keyfiyyətini artıran “Sony xLoud” texnologiyası ilə təchiz edilib.

Avtonom iş müddəti: danışıq rejimində 5 saata qədər, gözləmə rejimində 20 saata qədər, musiqiyə qulaq asma rejimində 36.5 saata qədər və videoya baxma rejimində 8 saata qədərdir.

“Xperia tipo” modeli 480 x 320 piksel təsvir ölçüsünə malik 3.2 düymlü ekran, 800 MHs takt tezliyində işləyən prosessor, “microSD” yaddaş kartı ilə, 3.2 meqapikselli kamera və 3.5 mm konnektor ilə təchiz edilib.

Bu modeldə “Xperia miro”-dan fərqli olaraq, videozənglər üçün ön kamera yoxdur. Smartfona “Android 4.0” platforması quraşdırılıb.“Xperia tipo dual” modelində iki nömrədən istifadə üçün iki SİM slot mövcuddur.

Avtonom iş müddəti: danışıq rejimində 5 saata qədər, gözləmə rejimində 20 saata qədər, musiqiyə qulaq asma rejimində 30 saata qədər və ya videoya baxma rejimində 3 saata qədər.
Satışlara 2012-ci ilin üçüncü rübündə başlamaq planlaşdırılır. Smartfonların qiyməti haqqında məlumat verilmir.
 
EMİL





13/06/12    Çap et