Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel” korporasiyasına qarşı ittifaq yaradılıb
Dünyada ən böyük prosessor istehsalçılarından biri olan “AMD” (Advanced Micro Devices) şirkəti “HSA” (Heterogeneous Systems Architecture Foundation) qeyri-kommersiya təşkilatının yaradılması haqqında məlumat verib. Təşkilatın əsas vəzifəsi hibrid sistemlər və onlarla bağlı texnologiyalar üçün standartların hazırlanması olacaq. Bu barədə şirkətin press-relizində qeyd edilib.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, konsorsiuma “AMD”-dən başqa, “ARM”, “Texas Instruments”, “Imagination” və “MediaTek” şirkətləri də daxildir. İttifaq “x86” arxitekturasında çip istehsalçısı “İntel” korporasiyasına qarşı yönəlib.
EMİL
13/06/12 Çap et