Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ziya Məmmədov: “Nəqliyyat sektorunda yeni texnologiyaların tətbiqi davam etdiriləcək”
Bakıda "Nəqliyyat, Tranzit və Loqistika" ("TransCaspian 2012") beynəlxalq sərgisinın keçirilməsi Azərbaycanın nəqliyyat sektoruna artan marağın göstəricisidir. Bu barədə jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov sərginin açılışında bildirib."Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası öz bəhrələrini verir.
Bakıda ənənəvi hal alan mövcud sərgilər bu inkişafın bariz təsdiqidir. Sərgidə 15 ölkədən 70 şirkət iştirak edir ki, bu da Azərbaycanın nəqliyyat sektoruna olan marağını nümayiş etdirir", - Z. Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın yol-nəqliyyat kompleksi sərgidə iştirak edən şirkətlərin çoxu ilə əməkdaşlıq edir.
"Xüsusən Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində biz onların təcrübələrindən bəhrələnərək nəqliyyatda yeni texnologiyaların tətbiqini davam etdirəcəyik", - nazir qeyd edib.
RƏVAN
13/06/12 Çap et