Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK 5 elektron xidmət təklif edir


Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) 5 elektron xidmət göstərir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə adıçəkilən komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib.

Onun sözlərinə görə, elektron xidmətlərdən ikisi qeydiyyat, üçü isə müvafiq olaraq hərrac, kadrlar və avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sistemi ilə bağlıdır: «Amma yaxın zamanlarda komitə elektron xidmətlərin sayını artıracaq.

Yeri gəlmişkən bildirim ki, bizdə artıq elektron xidmətlərlə bağlı reqlamentlər də müəyyənləşdirilib və komitənin rəsmi internet saytında yerləşdirilib».





SEYMUR





13/06/12    Çap et