Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” danışıq zamanı reklam elanları göstərəcək
“Skype” internet-telefoniya xidməti danışıq zamanı istifadəçilərə reklam elanları göstərəcək. Bu barədə “Skype”-ın rəsmi bloqunda məlumat verilib.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, reklam səs çağırışı zamanı danışıq pəncərəsində göstəriləcək. Reklamı yalnız “Skype” hesabında vəsait olmayan “Windows” istifadəçiləri görəcəklər.
Reklam elanları rabitənin keyfiyyətinə təsir göstərməyəcək. O, səssiz olacaq və elanın çərçivəsi ölçüsünü dəyişdirə bilməyəcək. “Skype” reklamı 55 ölkədə satmağı planlaşdırır.
“Skype”-ın bloqunda dərc edilmiş ekran görüntülərinə əsasən, elanların alt hissəsində "Bağlamaq" düyməsi olacaq.
EMİL
14/06/12 Çap et