Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokioda yeni nəsil televizorlara həsr olunmuş simpozium keçirilib


Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi tərəfindən yeni nəsil televizorlara həsr edilmiş simpoziumda bu sahədə yeni baza strategiyaları müzakirə olunub.  

Yaponiyanın və xarici ölkələrin informasiya texnologiyaları sahəsində şirkətlərini təmsil edən 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbir Tokioda keçirilib.

Yeni strategiya təbii fəlakətlər və veb-saytlardan istifadə zamanı fəaliyyət göstərəcək televiziya proqramlarına üstünlük verir. Bu strategiya, həmçinin proqramların smartfonlara ötürülməsini nəzərdə tutur ki, bu da həmin proqramları fasiləsiz izləməyə imkan verəcək.





14/06/12    Çap et