Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər iflic xəstələrini sağaldacaq kompyuter oyunları hazırlayıblar
Böyük Britaniyada alimlər iflic xəstələrini sağaldacaq kompyuter oyunları hazırlayıblar.
Həmin oyunlar iflic olan xəstələrin əllərini və qollarını tərpədə bilməsi, hətta daha sonra sərbəst hərəkət etməsinə yardım edəcək.
“Circus Challenge” adlı oyun 3 mərhələdən ibarətdir. Birinci mərhələdə xəstələr əl barmaqlarını, sonrakı mərhələdə isə ümumilikdə əllərini və qollarını tərpədə bilirlər.
Bu oyunun xəstəxanada müalicədə daha səmərəli nəticə verəcəyi proqnozlaşdırılır.
14/06/12 Çap et