Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyada pulu bankomatlardan kartsız çıxartmaq mümkündür


Şotlandiyanın “Royal Bank of Scotland” bankı müştərilərinə yeni xidmət göstərməyə başlayıb. Artıq müştərilər pulu bankomatlardan smartfon vasitəsilə çıxarda bilərlər. Lakin vətəndaşlar bu üsulla  100 funt (155,6 dollar) çıxarda bilərlər.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, müştərilərə 6 rəqəmli kod verilir və onlar həmin kodu daxil edərək pulu çıxarda bilər. Bu halda kredit kartının nömrəsi haqqında informasiya telefonun yaddaşında saxlanılır və bankomat onu yaxın məsafədən oxuya bilər.







 
EMİL





14/06/12    Çap et