Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatların saxlanılması sistemləri üçün proqram təminatı bazarında artım zəifləyib


"International Data Corporation" (IDC) tədqiqat şirkətinin  məlumatına əsasən, məlumatların saxlanılması sistemləri üçün proqram təminatı bazarında artım son 2 il ərzində zəifləyib. 2012-ci ilin birinci rübündə məlumatların saxlanılması sistemləri üçün proqram təminatının satışlarından əldə edilən gəlir 3.5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə cəmisi 3,3 faiz çoxdur.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, məlumatların saxlanılması sistemləri üçün proqram təminatı bazarının aparıcı "oyunçuları" əvvəlki kimi "EMC", "IBM" və "Symantec" şirkətləridir.





 
EMİL





14/06/12    Çap et