Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnoloji nailiyyətlərin əldə edilməsi alternativ enerji vasitələrinə sərmayə qoyulmasını intensivləşdirib


Dünya üzrə 2011-ci ildə alternativ enerji vasitələrinə qoyulan sərmayənin həcmi 222 milyard dollar olub. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu göstərici 2015-ci ilin sonlarında 420 milyard dollara yüksələcək.

Bu istiqamətdə araşdırma aparan «Pike Research» şirkəti hesab edir ki, alternativ enerji vasitələrinə bu qədər böyük həcmdə sərmayənin qoyulmasının əsas səbəbi yeni texnoloji nailiyyətlərin əldə edilməsi, həmçinin son illərdə neftin qiymətinin artması və karbon emissiyasının ətraf mühitə mənfi təsirinin güclənməsi ilə əlaqədardır.

Sərmayə daha çox alternativ enerji istehsalının artırılması ilə bərabər, onun saxlanılması kimi problemlərin həllinə qoyulur. Hazırda dünyada alternativ enerji qaynaqlarına əsas  sərmayəni Avropa Birliyi ölkələri, ABŞ, Yaponiya, Avstraliya və Cənubi Afrika Respublikası yönəldir. Bu ölkələrdəki təcrübələr göstərir ki, alternativ enerji ənənəvi enerji qaynaqlarından (neft, qaz, kömür, nüvə enerjisi və sairə) asılılığı azaltmaqla bərabər, enerji vasitələrinin idarə edilməsini asanlaşdırır, eyni zamanda istehlakçının daha qənaətlə elektrik istifadəsini stimullaşdırır.

SEYMUR





14/06/12    Çap et