Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Müdafiə Nazirliyi kiberməkanın müdafiəsi üçün yeni əməliyyat konsepsiyaları hazırlayır
ABŞ-ın Müdafiə Nazirliyi kiberməkanın müdafiəsi üçün yeni əməliyyat konsepsiyaları hazırlayır. Bu barədə "Yevrosatori-2012" silah sərgisi çərçivəsində açılmış kibermüdafiə və kibertəhlükəsizlik üzrə Birinci beynəlxalq forumda ABŞ-ın quru qoşunları kiberkomandanlığının komandanı, general-leytenant Ret Ernandes məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ-ın Müdafiə Nazirliyi "kiberməkan" termini altında informasiya məkanının qlobal əhatə dairəsini nəzərdə tutur.
ABŞ-ın Müdafiə Nazirliyinin informasiya şəbəkələri həm müdafiə, həm də hücum kiberəməliyyatları aparmağa hazırdır. Müdafiə əməliyyatlarına müttəfiq ölkələrinə daha məlumatlandırılmış və dinamik kiberməkan müdafiəsinin yaradılmasında yardım etmək daxildir. Hücum kiberəməliyyatları kiberməkanda yaranan təhlükələrə müqavimət göstərilməsindən ibarətdir və onların bloklanmasına qarşı yönəlib.
Forumda dövlət və hərbi təşkilat, özəl sektor, beynəlxalq təşkilat, silahlı qüvvələr, polis, mühüm kompyuter şəbəkələri, kibermüdafiə və kibertəhlükəsizliyin təmin edilməsi üzrə texniki həllərin provayderlərinin aparıcı ekspertləri, alim, mühəndis və digərləri iştirak edir.
EMİL
14/06/12 Çap et