Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil bölmə rəhbərlərindən biri “Samsung” şirkətini tərk edib


“Android” əməliyyat sistemi ilə işləyən mobil məhsulların inkişaf və irəliləyişi üçün məsuliyyət daşıyan Cənubi Koreya korporasiyasının vitse-prezidenti Ömər Xan “Samsung” şirkətini tərk edib. Onun gedişinin səbəbləri haqqında etibarlı məlumat yoxdur. Ömər Xan yalnız qeyd edib ki, özü “Samsung Mobile”-ı tərk etməyə və “Citigroup” bankına işə keçməyə qərar verib.
O, bankda mobil hazırlamalarla bağlı istiqamətə rəhbərlik edəcək. Qeyd edək ki, Ömər Xan faktiki olaraq “Galaxy” xəttinin bütün məhsullarının, həm smartfon, həm də planşet kimi istehsalı üçün məsuliyyət daşıyırdı. Tezliklə “iPad 2” elanından sonra o bildirdi ki, “Samsung” “Apple”-dan geri qalmağa hazırlaşmır və “Galaxy Tab 10.1” planşetini hazırladı. Qeyd edək ki, indi “Apple” “iPhone” və “iPad” kopyalanmasında “Samsung”u ittiham edir.




12/07/11    Çap et