Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sizin digər saytlardakı fəaliyyətinizi izləyəcək


“Facebook” sosial şəbəkəsi elan verənlər üçün yeni “Facebook Exchange” xidməti hazırlayır.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, elan verənlər “Facebook Exchange” vasitəsilə reklamı istifadəçilərin daxil olduğu kənar saytlara əsasən hədəfləyə biləcəklər.

Məsələn, əgər istifadəçi digər saytlarda avtomobil icmalları oxuyubsa, o zaman “Facebook” şəbəkəsinə daxil olduqda maşın satın alması üzrə təkliflər görə bilər.

“Facebook”dakı reklam blokları bundan əvvəl də istifadəçinin maraqlarına əsaslanaraq nümayiş etdirilirdi, lakin onun sosial şəbəkədən savayı digər saytlara daxil olması nəzərə alınmırdı.“Facebook” nümayəndəsinin sözlərinə görə, yeni sistem ən yaxın həftələr ərzində işə salınacaq.




EMİL







14/06/12    Çap et