Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzStarNet” MMC ADSL müqavilənin müvəqqəti dayandırma qaydalarına dəyişiklik edib


"AzStarNet" şirkəti yay mövsümü ilə əlaqədar olaraq, ADSL müqavilənin müvəqqəti dayandırma qaydalarına dəyişiklik edib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə şirkətdən verilən məlumata görə, dəyişikliyə əsasən, abunəçi hər ay 2 manat ödəməklə interneti müvəqqəti  olaraq dayandırmaq imkanı əldə edir: "Müvəqqəti dayandırma 3 aya qədər mümkündür".

Qeyd edək ki, bu gün qabaqcıl şəbəkə operatorlarından və internet provayderlərindən biri olan "AzStarNet" şirkəti  informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin xidmət ərazisi Bakı, Sumqayıt şəhərləri daxil olmaqla Abşeron yarımadasını əhatə edir.







CAHANGİR





14/06/12    Çap et