Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Motorola Solutions” Britaniyanın “Psion” şirkətini satın alacaq
“Motorola Solutions” Britaniyanın “Psion” şirkətini satın almaq üzrə saziş imzalayıb. “Psion” şirkəti eyni adlı cib fərdi kompyuterinin istehsalçısıdır.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti 200 milyon dollar təşkil edəcək və o, 2012-ci ilin dördüncü rübündə bağlanacaq. “Motorola Solutions” Britaniyanın “Psion” şirkətini mobil hesablama sistemləri bölməsi ilə birləşdirəcək.
Məlumat üçün bildirək ki, “Psion” şirkətinin əsası 1980-ci ildə qoyulub. Şirkət ilk illərdə “ZX Spectrum” kompyuteri üçün oyunlar hazırlamaqla məşğul olurdu. O, 1980-ci illərdə “Psion Organiser I” və “Organiser II” qurğularını təqdim edib və onlar cib kompyuterlərinin sələfləri idilər.
“Psion” şirkəti bundan sonra “Psion Series 3” və “Series 5” cib kompyuterini istehsal edib. “Series 5” cib kompyuteri “EPOC” əməliyyat sistemi əsasında işləyirdi. “Symbian” əməliyyat sistemi məhz “EPOC” əsasında yaradılıb.
“Psion” şirkəti ABŞ və Avropada "netbuk" (Netbook) ticarət markası üzərində hüquqa malikdir. Şirkət 2003-cü ildə “Netbook Pro” kompyuterini istehsal etməklə bu hüququ əldə edib.
Şirkətin qərargahı Londonda yerləşir, lakin əsas fəaliyyəti Kanada ərazisində aparılır.
EMİL
16/06/12 Çap et