Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə planşetlərin satış həcmi 100 milyonu ötəcək
2011-ci ildə müxtəlif proqram-aparat platformalarında işləyən 69,6 milyon planşet satılıb. “Apple” şirkətinin istehsalı olan qurğuların payına 58,2 faiz, “Android” ilə işləyən qurğuların payına isə 38.7 faiz düşüb.
“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə planşetlərin satış həcmi 107,4 milyona (bundan əvvəl 106,1 milyon olacağı proqnozlaşdırılırdı) çata bilər. Bu halda "iPad" planşetlərinin bazar payı 62,5 faizə qədər artacaq.
“IDC” tədqiqat şirkətinin hesablamalarına görə, 2013-cü ildə planşet kompyuterlərinin tədarük həcmi 142,8 milyona qədər artacaq, 2016-cı ildə isə təxminən 222 milyon təşkil edəcək.
EMİL
16/06/12 Çap et