Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avstraliyanın internet-mağazası “İnternet Explorer 7” istifadəçilərindən vergi tutur
Avstraliyanın “Kogan” internet mağazası sayta “İnternet Explorer” brauzerinin yeddinci versiyası ilə daxil olan istifadəçilərdən əlavə vergi tutmağa başlayıb.
“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Kogan” internet-mağazası bu qərarı belə izah edir ki, onlar “Microsoft”un köhnəlmiş brauzeri ilə uyğunluğun təmin edilməsinə əlavə vaxt və pul xərcləyir. İnternet-mağazanın təsisçisi və icraçı direktoru Ruslan Koqan qeyd edib ki, köhnə brauzerləri dəstəkləməkdən imtina edilsə, "milyonlarla dollar"a qənaət olunar.
“Kogan” internet-mağazasının saytında “IE7” istifadəçiləri üçün verginin həcmi 6,8 faiz təşkil edir.
İstifadəçilər “Kogan” internet-mağazasına “İnternet Explorer 7” brauzeri ilə daxil olduqda əlavə vergi haqqında xəbərdarlıq görürlər. İstifadəçilərə, həmçinin “İE” brauzerinin yeni versiyasını və ya digər brauzeri quraşdırmaqla əlavə xərclərdən yaxa qurtarmaq imkanı da təklif edilir.
EMİL
16/06/12 Çap et