Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da HTC smartfonları qadağan oluna bilər


Bir çoxları artıq 1 il əvvəl “Apple” və HTC arasında baş vermiş patent qarşıdurmasını unudub. O zaman Stiv Cobsun korporasiyası Tayvan istehsalçısını “iPhone”da istifadə olunan interfeys və bəzi texnologiyalarla bağlı 20 patenti pozmaqda ittiham edib. Bu gün isə “Apple”-ın ABŞ Beynəlxalq Ticarət Komissiyasına (İTC) daha bir şikayət verdiyi məlum olub.
Amerika şirkətlərinin yeni iddialarının mahiyyəti hələ açıqlanmır. Amma “Apple” şirkətinin ölkə ərazisində HTC smartfon satışlarının qadağan olunmasını tələb etdiyi bildirilir.
Maraqlıdır ki, keçən il Tayvan korporasiyası “Apple”-a qarşı qarşılıqlı iddia irəli sürüb və ABŞ-da “iPad” planşetləri, “iPhone” smartfonları və “iPod” pleyerlərinin satışlarının qadağan olunmasını tələb edib.




12/07/11    Çap et