Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyadakı hər beşinci televizor “ağıllanıb”


2012-ci ilin birinci rübündə bazara tədarük edilmiş hər beşinci televizor “Smart TV” (ağıllı televiziya) funksiyasını dəstəkləyib. Bu barədə “NPD DisplaySearch” tədqiqat şirkətinin hesabatında qeyd edilib.

Ən böyük "ağıllı" televizor bazarı Çindədir. 2012-ci ilin birinci rübünün nəticəsinə görə, Çin bazarına 3 milyon belə qurğu tədarük edilib. İkinci yerdə 2.1 milyon göstərici ilə Qərbi Avropa, üçüncü yerdə 1.4 milyon göstərici Şimali Amerika qərarlaşıb.

2012-ci ilin birinci rübündə aparıcı "ağıllı" televizor tədarükçüləri  “Sony”, “Skyworth”, “Philips”, “Sharp” şirkətləri olublar.





 
EMİL





16/06/12    Çap et