Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“RIM” şirkətinin sabiq direktorları 12 milyon dollar həcmində mükafat alıblar
Kanadanın “Research in Motion” şirkəti sabiq icraçı direktorlara 12 milyon dollar həcmində mükafat ödəyib. Şirkətin dərc etdiyi hesabata əsasən, mükafat keçən ilin nəticəsinə görə ödənilib.
Elan edilmiş məlumata əsasən, bu yaxınlarda “RIM” şirkətinin Direktorlar şurasını da tərk edən Cim Balsilli təxminən 8 milyon dollar, şirkətin həmtəsisçilərindən biri və onun sabiq sədr müavini Mayk Lazaridis isə 4 milyon dollar həcmində mükafata layiq görülüb.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sabiq direktorlar “BlackBerry” platformasını təqdim etməklə simsiz texnologiyalar dünyasında çevriliş etdilər və kommunikasiya prosesini həmişəlik dəyişdirdilər.
EMİL
18/06/12 Çap et