Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnternet İdarəçilik Forumu” noyabrda keçiriləcək
“İnternet İdarəçilik Forumu” ( Internet Governance Forum - IGF) bu ilin noyabrında Bakıda keçiriləcək. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, forum Ümumdünya İnformasiya Cəmiyyəti üzrə sammitdə internet idarəçiliyi ilə əlaqədar BMT çərçivəsində yaradılacaq mexanizmin, idarəçiliyin təmin edilməsi üçün təşəbbüsü özündə əks etdirir: “Bu təşəbbüs çərçivəsində də internetdə ümumi davranış qaydaları ilə bağlı maraqlı tərəflər üçün ümumi bir platformanın müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bu, artıq institusional bir qurum olmasa da, sözügedən sahənin aktual məsələləri bütün iştirakçılarla, o cümlədən dövlətlərlə yanaşı, “Google”, “Microsoft” kimi böyük şirkətlərin təmsil olunduğu forumlarda birgə müzakirə olunur və internet idarəçiliyi, bu sahədə yaranan problemlərin qarşısının alınması ilə bağlı mexanizmlər, təkliflər irəli sürülür”.
HƏQİQƏT
18/06/12 Çap et