Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər “Blu-Ray” formatının 4 ildən sonra “məhv olacağını” proqnozlaşdırırlar


“Roku” şirkətinin əməkdaşları tərəfindən dərc edilmiş hesabata əsasən, “Blu-Ray” və müvafiq disk oxuducuları 4 ildən sonra sürətlə “məhv olmağa” başlayacaqlar.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, format və onu dəstəkləyən şirkətlər üçün belə proqnozun səbəbi axın onlayn-yayım texnologiyası sürətlə populyarlaşmasıdır.

Videoya internet vasitəsilə baxmaq çox sadə və rahatdır. Ekspertlərin fikrincə, axın onlayn-yayım texnologiyasına tələbat getdikcə artacaq və internetə genişzolaqlı çıxış sürətinin artmasını nəzərə alsaq, artıq 2016-cı ilədək “Blu-Ray” diskləri lazımsız olacaq.

Maraqlıdır ki, analitiklərin fikrincə, bu halda “DVD” formatı mövcud olacaq, hərçənd ki, bazarda onun payı mühüm dərəcədə azalacaq. Səbəb sadədir: ucuz DVD disklər yalnız film və oyunların yazılması üçün deyil, həmçinin məlumatların ehtiyat surətinin köçürülməsi üçün istifadə edilir.

EMİL





18/06/12    Çap et