Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noyabrda Bakıda kibercinayətkarlığa qarşı beynəlxalq konfrans keçiriləcək


Bu ilin noyabr ayında Bakıda kiberçinayətkarlığa qarşı mübarizə sahəsində genişmiqyaslı konfrans keçiriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Oktobus konfransında Avropa Şurasının baş katibinin müavini xanım Maud de Boer-Baquççi məlumat verib: «Onu da qeyd edim ki, Oktobus konfransı zamanı Azərbaycanda noyabr ayında keçiriləcək İnternet İdarəçiliyi Forumu barəsində bir neçə fikir səslənmiş və hamı bu görüşün uğurla keçəcəyinə ümid etdiyini və bu sahədə ölkəmizin çox müsbət təcrübəsinin olduğunu qeyd edib. Avropa Şurasının bilavasitə ekspertləri, o cümlədən dünyanın müxtəlif yerlərindən nümayəndələr bu tədbirdə iştirak edəcəklər. Xanıb Baquççi də özünün yekun nitqində Bakıda keçiriləcək tədbirin vacibliyini bir daha vurğulayıb”.

Qeyd edək ki, Oktobus konfransı ənənəvi olsa da, artıq bütün dünyada kibertəhlükəsizliyin təminatı sahəsində mötəbər bir tədbir kimi qiymətləndirilir və bu tədbir tədqiqatların aparılmasında xüsusi önəm daşıyır».



SEYMUR





18/06/12    Çap et