Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Linux” əməliyyat sisteminin yaradıcısından ədəbsizlik


Linus Torvaldsa “Linux” əməliyyat sistemində “NVIDIA Optimus” texnologiyası drayverinin dəstəklənməməsi haqqında sual verdikdə o, heç də diplomatik davranmayıb. Məşhur proqramçı Kaliforniya şirkətini onun işləməli olduğu ən pis avadanlıq istehsalçılarından biri adlandırıb.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Linus Torvalds öz  təəssüfünü ifadə edib, çünki “NVIDIA” şirkəti “Android” platforması ilə işləyən qurğular üçün ARM çiplər istehsal edir, hərçənd ki “Google” şirkətinin mobil əməliyyat sistemi “Linux” əsasında hazırlanıb.

Onun sözlərinə görə, tərtibatçıların Amerika istehsalçısına təsir etmək imkanı yoxdur.
Sonda Linus Torvalds əsəbindən "pis" partnyoru təhqir edib və ədəbsiz “jest” edib.
 
 
 
EMİL





18/06/12    Çap et