Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Klassik fizika kriptoqrafların köməyinə gələcək


Kriptoqrafiya ilə məşğul olan beynəlxalq mütəxəssislər qrupunun gəldiyi nəticəyə əsasən, etibarlı şifrələmə və məlumatların təhlükəsiz ötürülməsi üçün kvant deyil, klassik fizika prinsiplərindən istifadə etmək daha yaxşıdır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, keçən il kvant kriptoqrafiyasının da "mükəmməl" olmadığı artıq sübut edilib. Hazırda mütəxəssislər informasiyanın mühafizə edilməsi üçün "sadə" termodinamika qanunlarından istifadə etməyi təklif ediblər.

Yeni üsulla ötürüləcək məlumatların üçüncü şəxs tərəfindən ələ keçirilməsi imkanı prinsip etibarilə qeyri-mümkündür – belə ki, bu, termodinamikanın əsas qanunlarına ziddir. Alimlər layihəni  elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu tərəfindən təşkil edilmiş qurultayda təqdim etməyə və orada da təcrübi imkanları müzakirə etməyə hazırlaşırlar.




EMİL





18/06/12    Çap et