Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon bazarının 50 faizinə hansı şirkətlər nəzarət edir?


“ABI Research” şirkətinin hesablamasına görə, 2012-ci ilin birinci rübündə dünyada 144,6 milyon smartfon tədarük edilib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, Cənubi Koreyanın “Samsung” şirkəti ən iri  smartfon istehsalçısı adlandırılıb: şirkət 3 ay ərzində təxminən 43 milyon qurğu satıb. İkinci yerdə qərarlaşmış “Apple” korporasiyası 35 milyon “iPhone” smartfonu satıb. Beləliklə, iki şirkətin  smartfon bazarındakı payı təxminən 55 faizə bərabərdir.









EMİL





18/06/12    Çap et