Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ superkompyuter sahəsində liderliyi geri qaytarıb


Amerikanın “Sequoia” superkompyuteri 16.32 petaflops (saniyədə kvadrillion əməliyyat) məhsuldarlıqla dünyanın ən güclü superkompyuteri olub.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Sequoia” sistemi məhsuldarlığa görə Yaponiyanın “K” superkompyuterini üstələyə bilib.

Məlumat üçün bildirək ki, ABŞ 2010-cu ilin noyabrında tərtib edilmiş reytinqdə liderliyi əldən vermişdi. O zaman reytinqdə birinci yerdə Çinin "Tyanxe-1A” superkompyuteri qərarlaşmışdı.Qeyd edək ki, “Top500” siyahısı ildə 2 dəfə dərc edilir və ən nüfuzlu superkompyuter reytinqi sayılır.
 





EMİL





18/06/12    Çap et