Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyəli mütəxəssis “TREND MİCRO” antivirusları ilə bağlı treninq keçirib


Türkiyənin "Helyum Bilişim" şirkətinin texniki direktoru Bülent Doğru Mingəçevir şəhərində satış təmsilçiləri ilə "TREND MİCRO" antivirusları ilə əlaqəli treninq keçirib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "KÜR" Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov məlumat verib.

Direktorun sözlərinə görə, treninqin əsas məqsədi "TREND MİCRO" satış təmsilçilərinin yaranmış problemlərinin həlli və "TREND MİCRO" antiviruslarının tanıdılmasıdır: "Treninqdə həm texniki, həm də satış üzrə mütəxəssislər iştirak edib. Dörd saat davam edən treninqdə mütəxəssislər "TREND MİCRO" antivirusları haqqında çox geniş şəkildə məlumatlandırılıblar və onların bütün sualları cavablandırılıb".






 
HƏQİQƏT





18/06/12    Çap et