Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Xəzinədarlığı Agentliyinin gəlir daxilolmalarının avtomatlaşdırılması prosesi davam edir
Məlum olduğu kimi, elektron ödəniş sisteminin inkişafı və dəstəklənməsi, xəzinədarlığın hesabına daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması sahəsinin inkişaf etdirilməsi, büdcə daxilolmalarının daha səmərəli istifadə edilməsinin təmin olunması, bu sahədə nəzarətin gücləndirilməsi və məlumatların daha operativ emal edilməsi məqsədilə Yerli Xəzinədarlıq Orqanlarının bütün daxilolmaları Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi prosesinə start verilib.
"İCTnews" elektron xəbər xidmətinin Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, cari ilin 18 iyun tarixindən Lənkəran, Şirvan, Yevlax, Kürdəmir, Cəlilabad və Biləsuvar YXO-larının bütün daxilolmalarının agentlik tərəfindən XÖHKS vasitəsilə qəbul edilməsi məqsədəuyğun hesab edilir.
XÖHKS - müasir kompyuter və qabaqcıl texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir. Bu sistemdə məlumatlar yerli telekommunikasiya şəbəkəsi üzərində qurularaq tam funksional, kriptoqrafik müdafiə ilə təmin olunur. XÖHKS sistemində ötürülən məlumatlar 5 səviyyəli nəzarət və təhlükəsizlik mexanizmi ilə qorunur.
CAHANGİR
19/06/12 Çap et