Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” insanların simasını tanıyacaq


“Facebook” “Face.com” şirkətini satın alıb. Bu barədə “Face.com” şirkətinin korporativ bloqunda qeyd edilib. Sazişin qiyməti haqqında məlumat açıqlanmasa da, müstəqil mütəxəssislərin hesablamalarına görə, onun qiyməti 80-100 milyon dollar təşkil edib.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, İsrailin “Face.com” şirkəti insanların üzünü fotolar üzrə avtomatik tanımağa imkan verən texnologiya hazırlanması ilə məşğul olur.

Məlumat üçün bildirək ki, “Face.com” şirkətinin əsası 2007-ci ildə  qoyulub və o vaxtdan etibarən üzlərin tanınması üçün proqram təminatının müstəqil tədarükçüsü hesab edilir, həm də onun məhsulları “Facebook” sosial şəbəkəsinin milyonlarla istifadəçisi üçün əlçatandır. Belə ki, İsrail şirkəti istifadəçilərin arasında kifayət qədər populyar olan “Photo Tagger” tətbiqini reallaşdırıb.



 
EMİL





19/06/12    Çap et