Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada ayaqqabının təmizlənməsi üçün xalça-tozsoran yaradılıb
Yaponiyanın “Paionia Furyokuki” şirkətinin mühəndisləri ayaqqabının təmizlənməsi üçün xalça-tozsoran hazırlayıblar. Sadəcə, ayaqqabının altını ona yaxınlaşdırmaq kifayətdir və onun altındakı bütün palçıq və toz sayılı saniyələr ərzində təmizlənəcək.
“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, xalça-tozsoran 50x100 santimetr ölçüsündə düzbucaqlı dördbucaqlı şəklindədir və adi tozsoran prinsipi üzrə işləyir, lakin Yaponiyanın bir çox qurğuları kimi o da yüksək texnologiya əsasında hazırlanıb. Xüsusi datçik insanın yaxınlaşmasını hiss edir və sistemi aktivləşdirir.
İstehsalçılar xalça-tozsoranları ofislərdə quraşdırmağı təklif edirlər ki, əməkdaşlar və ziyarətçilər palçığı zal və kabinetlərə daşımasınlar. Bir xalçanın qiyməti 6250 dollara bərabərdir.
EMİL
19/06/12 Çap et