Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən populyar saytların 50 faizi “Facebook” və “Twitter” ilə inteqrasiya edilib
“Pingdom” xidmətinin analitikləri tərəfindən aparılmış son tədqiqat məlumatına əsasən, internetdə 10 min ən populyar saytın təxminən 50 faizi “Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar xidməti ilə inteqrasiya olunub.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, populyarlıq reytinqində “Facebook” sözsüz liderdir, çünki internetdə 10 min ən populyar saytdan 49.3 faizində bu sosial şəbəkənin ən azı bir plaqini mövcuddur və ya ona sadəcə istinad yerləşdirilib. İkinci yerdə 41.7 faiz göstərici ilə “Twitter” mikrobloqlar xidməti qərarlaşıb. “Google+” sosial şəbəkəsi (21.5 faiz) üçlüyü tamamlayır.
EMİL
19/06/12 Çap et