Dünyada ən nazik smartfon təqdim edilib
Çinin “Oppo” şirkəti “Finder” adlı smartfon təqdim edib. Bu smartfonun qalınlığı “Apple iPhone 4S”-dən 2.65 mm daha nazikdir.
“İCTnews.az” elektron xəbər xidməti “mobi.ru” saytına istinadən bildirir ki, “Oppo Finder” smartfonunun xüsusiyyətləri aşağıdakı kimidir:
-
1.5 QHs takt tezliyində işləyən “Qualcomm S3 Snapdragon Scorpion MSM8260” prosessoru;
-
“Adreno 220” qrafikası;
-
1 Qb əməli yaddaş və 16 Qb fləş yaddaş;
-
480x800 nöqtə təsvir ölçüsünə malik 4,3 düymlü “Super AMOLED Plus” displeyi;
-
1080p formatında video çəkmə imkanına malik 8 meqapikselli kamera;
-
1,3 meqapikselli ön kamera;
-
1530 milliamper/saat tutumlu akkumulyator.
Aparatın qalınlığı 6,65 millimetr təşkil edir. “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.
“Oppo Finder” smartfonu yaxın vaxtlarda Çində 395 dollar qiymətinə satışa çıxarılacaq.
EMİL