2012-ci ildə kompyuter satışlarının həcmi 1 faiz artacaq
“Gartner” analitik firmasının proqnozuna görə, 2012-ci ilin nəticəsinə görə fərdi kompyuterlərin (FK) satış həcmi 2011-ci illə müqayisədə cəmisi 0,9 faiz artacaq.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə təxminən 352,8 milyon FK (stolüstü, noutbuk və netbuk) satılıb. Bu, ötən illə müqayisədə yalnız 0,5 faiz çoxdur. Ən böyük tədarükçülərin reytinqi aşağıdakı kimidir:
-
-
-
-
-
-
-
-
“Hewlett-Packard” (17,2%);
-
“Lenovo” (13,0%);
-
“Dell” (12,1%);
-
“Acer” (11,2%);
-
“ASUS” (5,9%).
EMİL