Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” elm kompyuter şəbəkəsi vasitəsilə NATO rəsmisi ilə videokonfrans təşkil edilib


AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda (İHETİ) Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyinin və AMEA İHETİ-nin təşkilati dəstəyi ilə "Azərbaycan və NATO əməkdaşlığı Çikaqo Sammitindən sonra: Əməkdaşlıq üçün yeni perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Tədbirdə Çikaqo Sammitində qəbul edilmiş bəyannamənin əhəmiyyətindən söhbət açılıb. Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri (NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi) Daniel Kristian Ciobanu çıxış edərək Sammitdə qəbul edilmiş bəyannaməyə öz münasibətini bildirib.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən "AzScienceNet" elm kompyuter şəbəkəsi vasitəsilə NATO Baş Qərargahının İctimai Diplomatiya Əməkdaşlıq İdarəsinin rəhbəri Mişel Durayla videokonfrans təşkil edilib.

Canlı bağlantı zamanı M.Duray NATO-nun Əfqanıstan İslam Respublikası və bir sıra regionlarla bağlı həyata keçirəcəyi məsələlərdən söhbət açaraq Çikaqo Sammitinin əhəmiyyətindən danışıb, konfrans iştirakçılarının suallarını cavablandırıb.





19/06/12    Çap et