Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın internet istifadəçilərinin 31 faizi qlobal şəbəkəyə planşet vasitəsilə daxil olur
Onlayn nəşriyyat assosiasiyası (OPA) Amerikanın planşet kompyuterləri bazarı ilə bağlı keçirdiyi tədqiqatın nəticələrini elan edib.
Sorğu 2012-ci ilin martında keçirilib. Sorğuda ABŞ-ın 8 yaşdan 64 yaşa qədər 2500-dən çox sakini iştirak edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hazırda 74 milyon amerikalı planşetə sahibdir. 2013-cü ilin ikinci rübündə bu göstəricinin 117 milyona çatacağı bildirilir. ABŞ-ın internet istifadəçilərinin 31 faizi qlobal şəbəkəyə planşet fərdi kompyuterləri vasitəsilə daxil olurlar.
EMİL
19/06/12 Çap et