Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İT şirkətləri planeti xilas edib


Şirkətlər "bulud" məhsullarına keçməklə həm pul vəsaitinə əhəmiyyətli dərəcədə qənaət edə, həm də planetin ekologiyasının qayğısına qala bilərlər. "Google" şirkətinin nümayəndələri bildiriblər ki, "bulud" hesablamaları enerji sərfiyyatını aşağı salır və atmosferə karbon qazı tullantılarını azaldır.

"Google Apps" kimi onlayn-alətlərə keçid hesabına hər təşkilat öz müəssisəsi çərçivəsində enerji sərfiyyatını orta hesabla 65-85 faiz azalda bilər. "Nəticədə atmosferin karbon qazı ilə çirkləndirilmə səviyyəsi azalır, şirkətlər isə elektrik enerjisinə qənaət edirlər" – şirkətin korporativ bloqunda internet-korporasiyanın əməliyyatlar üzrə baş vitse-prezidenti Urs Xyolsle (Urs Holzle) yazıb.
 





EMİL





19/06/12    Çap et