Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mədəniyyət və Turizm Nazirliyinin saytı yenilənib


Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsinin (www.mct.gov.az) yenilənmiş versiyası istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda yeni dizayna malik və faydalı materiallarla zəngin sayt 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərir.

Yenilənmiş saytda Azərbaycanın şəhərləri, tarixi abidələri, turizm və mədəniyyət obyektləri, təbiəti, florası, faunası və s. haqqında ətraflı məlumatlar toplanıb, həmçinin interaktiv xəritə yerləşdirilib.  

Bununla yanaşı, internet səhifədə vətəndaşlar üçün elektron qaydada  qəbula yazılmaq və müraciət etmək imkanı yaradılıb.





CAHANGİR





19/06/12    Çap et