Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Yeni Azərbaycan Partiyasının üzvü olan minlərlə gənc sosial şəbəkələrdən faydalanır»
«Azərbaycan gəncliyi sosial şəbəkələrdə çox fəal iştirak edir. Bütövlükdə bütün dünyada sosial şəbəkələr və burada fəaliyyət olduqca geniş xarakter daşıyır». Bu fikirləri "ICTnews.az" elektron xəbər xidmətinə verdiyi eksklüziv açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı söyləyib. Onun sözlərinə görə, Azərbaycanda da internetin inkişafı və sosial şəbəkələrdən sərbəst istifadə baxımından işlər görülüb.
«Çünki ölkəmizdə "3G"-nin tətbiq olunması, "4G" ilə bağlı bir sıra işlərin görülməsi, həmçinin informasiya texnologiyaları sahəsində əldə edilən uğurlar, kompyuterləşmə və sair bu kimi işlər vətəndaşların sosial şəbəkələrə və internetdən istifadə yolu ilə dünyaya çıxışına böyük təkan verib» - deyən M.Qurbanlı hesab edir ki, sözügedən işlər bu gün də dayanmadan sürətlə davam etdirilir. Millət vəkili əlavə edib ki, Yeni Azərbaycan Partiyasının minlərlə gənci bu gün sosial şəbəkələrdə fəaliyyət göstərir: «Onlar «Facebook», «Twitter» və digər sosial şəbəkələrdə böyük aktivlik göstərirlər.
Eyni zamanda, YAP-ın Gənclər Birliyinin minlərlə üzvü sosial şəbəkələrdə ayrıca bir səhifə açaraq prezident İlham Əliyevin siyasətini, görülən işləri, Azərbaycanın siyasətini təbliğ edir. Bu sahədə də bizim çox ciddi uğurlarımız var».
SEYMUR
19/06/12 Çap et