Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin dünyada ən sürətli superkompyuter hazırlamaq niyyətindədir


Almaniyada keçirilmiş “SC12” superkompyuter konfransında Çin kifayət qədər böyük nümayəndə heyəti ilə təmsil olunmuşdu. Məlumdur ki, bu  ölkə superkompyuter texnologiyalarına daha çox diqqət  ayırır.

Çin mühəndislərinin bu yaxınlarda təqdim etdikləri “Tyane-1a” superkompyuteri 1.5 il bundan əvvəl dünyanın ən sürətli superkompyuteri adına layiq görülmüşdü. Hərçənd ki bu maşın hazırda yalnız altıncı yerdə qərarlaşıb,  lakin Çinin superkompyuter sahəsindəki tərəqqisi göz qabağındadır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Çin Xalq Respublikasının bu sahədəki planları böyükdür. Çinin Milli superkompyuter mərkəzinin direktoru Lyu Quanmin bildirib ki, 2016-2018-ci illərdə ölkə ərazisində 100 petaflops/san gücündə superkompyuter yaradılacaq. Onun məhsuldarlığı “Tyane-1a” superkompyuterinin göstəricilərindən 45 dəfə daha sürətli olacaq.



 
EMİL





19/06/12    Çap et