Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli kabel TV abunəçiləri üçün yeni kampaniya keçirir


Avqustun 31-dək “KATV1” kabel televiziyası operatorunun rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər "PayPoint" ödəmə nöqtələri vasitəsilə 30 manat və ya artıq ödəniş etdikdə “KATV1” tərəfindən təmənnasız 1 aylıq əlavə 3 paketə (VİP1, VİP2, VİP3) abunə olmaq imkanı əldə edəcəklər. Bu barədə “KATV1” şirkətinin yaydığı məlumatda deyilir.

Kampaniya çərçivəsində əlavə paketlər gələn ayın 1-dən aktivləşdiriləcək. Rəqəmsal yayım və internet xidmətindən istifadə edən abunəçilər ödənişləri “KATV1” filiallarında və inkassatorlar vasitəsilə həyata keçirə bilərlər.

Bundan əlavə, abunəçilər onlara verilən “ID-kod” vasitəsilə bank filiallarında, "Netmoney" universal ödəmə kartlarının və "PayPoint" ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetdən ödəmələri həyata keçirə bilərlər.Əlavə məlumat və “ID-kod” əldə etmək üçün 127 nömrəsinə zəng etmək olar.





20/06/12    Çap et