Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ağstafada sürətli internet istifadəçilərinin sayı artacaq
İlin sonunadək Ağstafada sürətli internet istifadəçilərinin sayı artacaq.Bu barədə məlumatı Ağstafa Şəhər Telekommunikasiya İdarəsinin rəisi Mirəsgər Mahmudov verib.Onun sözlərinə görə, hələlik 7 kənd sürətli internet şəbəkəsi ilə təmin edilib.
“Hazırda Qırlı, Səməd Vurğun, Həsənsu, Köçəsgər, Eynallı, Kəndpoylu və Dağkəsəmən kəndlərinə internet xətti çəkilib. İlin sonunadək digər kəndlərdə də internet kabelləri quraşdırılacaq ki, digər abonentlər də internetdən istifadə etsin” - deyə M.Mahmudov bildirib.
İdarənin rəisi deyib ki, Ağstafada “Aztelekom” və “DATA+” provayderləri fəaliyyət göstərir.Qeyd edək ki, 2010-cu ildən Ağstafanın ATS-ləri elektronlaşıb.
20/06/12 Çap et