Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” ucuz planşet təqdim edəcək


“Google” şirkətinin ilk planşeti rəsmi olaraq iyunun 27-29 aralığında San-Fransisko şəhərində keçiriləcək “Google I/O” illik konfransında elan ediləcək.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, 7 düymlü ekrana malik “Google Nexus” planşetinin pərakəndə satış qiyməti 199 dollar təşkil edəcək və o, “Quanta Computer” müqavilə istehsalçısı tərəfindən yığılacaq.

“Google” şirkəti 2012-ci ilin sonuna kimi ən azı 3 milyon qurğu satmağı planlaşdırır.“Google I/O” konfransı çərçivəsində elan planşetin dizaynını hazırlayan “Asustek” şirkətinin idarə heyətinin direktoru Coni Şinin  iştirakı ilə baş tutacaq.





EMİL





20/06/12    Çap et