Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” hər gün 9,5 min təhlükəli saytı "qara siyahı"sına daxil edir
“Google” internet-şirkəti hər gün “qara siyahı”sına 9,5 min ziyanverici veb-sayt daxil edir.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google”-un onlayn-təhlükəsizlik üzrə komandasından Nils Provosun sözlərinə görə, şirkət bu üsulla istifadəçilərə təhlükəli internet-saytlar haqqında xəbərdarlıq edir.
"Aşkar edilən təhlükəli saytların sırasına ya kibercinayətkarların qurbanı olmuş ziyansız veb-saytlar, ya da ziyanverici proqramların və ya fişinqin yayılması üçün məqsədyönlü yaradılmış veb-saytlar daxildir " - Provos yazıb.
“Google” nümayəndəsinin sözlərinə görə, fişinq hücumlarının əsas hədəfi onlayn-ticarət saytlarıdır, çünki kibercinayətkarlar bu hücumla istifadəçilərin bank hesablarına giriş üçün lazımi məlumatları ələ keçirmək imkanına malikdirlər.
EMİL
20/06/12 Çap et