Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalılar “iPhone” smartfonuna görə cinsi əlaqədən imtina etməyə belə hazırdırlar


“Gazelle” – “Apple” korporasiyasının istifadə edilmiş texnikasının satışı və satın alması ilə məşğul olan Amerikanın iri şirkətidir. Bu firmanın əməkdaşları müştərilərinin “iPhone”, “iPad”, “iPod” və digər qurğuları nə qədər sevdiklərini müəyyən etmək üçün onlar arasında sorğu keçiriblər. Sorğuda təxminən 1000 insan iştirak edib və onların 15 faizi bildirib ki, istirahət günlərini “iPhone”-suz keçirməkdənsə, cinsi əlaqədən imtina etmək daha yaxşıdır.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Gazelle” şirkətinin daha səmimi müştəriləri etiraf ediblər ki, onlar cinsi əlaqə zamanı smartfonlarından istifadə ediblər. Belə “iPhone” həvəskarlarının sayı 4 faiz təşkil edib. Respondentlərin 85 faizi bildirib ki, onlar telefonu ayaqyoluna da aparırlar.

Sorğu zamanı, həmçinin məlum olub ki, “Apple” şirkətinin istehsalı olan smartfonun 65 faiz sahibi bu qurğusuz yaşaya bilmir. Müqayisə üçün: “Facebook”suz yalnız 1 faiz amerikalı yaşaya bilmədiyini qeyd edib.
 
EMİL





20/06/12    Çap et