Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları İnstitutunda 4 istiqamət üzrə imtahanlar aparılacaq
AMEA İnformasiya Texnologiyaları İnstitutunda iyunun 18-dən etibarən doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları keçirilir.
Doktorant və dissertantlara namizədlik minimumu imtahanlarına hazırlıq üçün informatikanın tədrisi zamanı kompyuter və proqram təminatlarından, elmi-tədqiqat işlərində İnternet və İKT-nin üstünlüklərindən səmərəli istifadə ilə bağlı lazımi biliklər tədris olunub. Həmçinin informasiya texnologiyalarının yeni istiqamətləri üzrə mühazirələr oxunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə institutdan məlumat verilib.
İTİ-dən qeyd edilib ki, builki imtahanlarda 1000-ə yaxın doktorant və dissertantın imtahan verəcəyi gözlənilir: “Qeyd edək ki, 4 istiqamət - fizika, riyaziyyat və texnika elmləri; kimya, biologiya və tibb elmləri; yer, kənd təsərrüfatı və coğrafiya elmləri; ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər üzrə aparılan imtahanlar iyulun 15-dək davam edəcək”.
HƏQİQƏT
20/06/12 Çap et