Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkətinin istehsalı olan smartfonlarda səs köməkçisi tətbiq ediləcək
Cənubi Koreyanın mobil qurğu istehsalçısı olan “LG” şirkəti istehsal etdiyi aparatlara “Quick Voice” səs köməkçisini inteqrasiya edəcək.
“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Quick Voice” səslə 11 mobil tətbiqi idarə etməyə imkan verir. Səs köməkçisindən hava proqnozu və ya səhmlərin kotirovkasını soruşmaq mümkün olacaq.
“Quick Voice” səs köməkçisi ilk olaraq “Optimus” xəttinə məxsus qurğuda yoxlanılacaq. Səs köməkçi ilk əvvəl yalnız Koreya dilini başa düşəcək.
EMİL
20/06/12 Çap et