Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” “Google” direktorlarından birini “ələ keçirib”


“Facebook” şirkəti Tom Stokini işə götürüb. Əvvəllər Sürixdə “Google” şirkətinin İsveçrə ofisində məhsulların idarə edilməsi üzrə direktor vəzifəsində çalışıb. Cənab Stoki “Google” şirkətinin formalaşmasında fəal iştirak edib. Ekspert “Massaçusets” Texnologiya Universitetindən (MIT) verilmiş bir neçə elmi dərəcəyə malikdir.
Tom Stoki “Linkedin” sosial şəbəkəsində şəxsi səhifəyə malikdir. Ordakı informasiyaya əsasən, o, “Google” şirkətində rəsmən 2005-ci ilin yanvarında işə qəbul edilib. Həmçinin həmin səhifədə cənab Stokinin 2011-ci il iyulun 11-də “Facebook”da işə qəbulu qeyd olunub. Məlumatı Tom Stoki özü təsdiq edir. Qeyd edək ki, Mark Sukerberqin şirkətində cənab Stoki məhsullar üzrə direktor vəzifəsini tutub. Tom Stokinin “Facebook” şirkətində konkret nə ilə məşğul olacağı və bunun şirkətin və eyniadlı sosial şəbəkənin gələcəyinə necə təsir edəcəyini demək hələ ki çox çətindir.




13/07/11    Çap et